Bakıda kişi sevgilisini azyaşlı oğlunun gözləri qarşısında döydü - TƏFƏRRÜAT

 Bakıda kişi sevgilisini azyaşlı oğlunun gözləri qarşısında döydü - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1983-cü il təvəllüdlü İsmayıl qeyri rəsmi münasibətdə olduğu Səidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 20-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 

İsmayıl qəsəbənin Gülçülük sovxozu, Subtropik zonada yerləşən nömrəsiz fərdi yaşayış evində şəxsi münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı əli ilə Səidənin üz və başının müxtəlif nahiyyələrinə, sağ qoluna və yerdən götürdüyü taxta parçası ilə sol ayaq nahiyyəsinə vurub. 

Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Səidəni 3 ilə yaxındır tanıyır və qeyri-rəsmi münasibəti olub: 

“Hadisə günü Səidə mənə zəng vuraraq iş tapdığını, həmin işlə danışmaq üçün onunla birlikdə dükana getməyimi istədi. Ona heç bir etiraz etmədən yaşadığı ünvana getdim. Küçədə olan zaman Səidəyə zəng vuraraq küçəyə çıxmasını istədim. Səidə küçəyə çıxaraq avtomaşına əyləşdi və qeyd olunan dükana gedərək işini danışdıq. Sonra Səidənin evinə qayıtdıq”. 

Təqsirləndirilən şəxs bildirib ki, evdə olan zaman Səidənin başqa şəxslərlə ona xəyanət etdiyini öyrəndiyi üçün irad bildirib və aralarında sözlə mübahisə yaranıb: 

“Mübahisə zamanı Səidə iradımı qəbul etməyərək ilk öncə ünvanıma nalayiq ifadələr işlətdiyi üçün əsəbləşdim. Evin qonaq otağında onun üz və baş nahiyyəsinə əlim ilə vurdum. Sonra isə Səidənin oğlu Vüsal məni nalayiq ifadələrlə söydü, təhqir etdi. Bu səbəbdən məndə Vüsalın ünvanına nalayiq ifadə işlədərək evin həyətinə çıxdım. Evin həyətində olan zaman Səidə arxamca gəldi. Bu zaman həyətdə olan taxta parçasını Səidənin sol ayaq nahiyyəsinə vurdum. Sonradan isə evdən çıxaraq getdim”. 
Sabunçu rayon Məhkəməsinin hökmü ilə İsmayıl 1 000 manat miqdarında cərimə edilib. 

 

10:26 - 25 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin