Türkiyədə yanğın nəticəsində tarixi bina külə çevrilib. Asayis.Az xəbər verir ki, hadisə Muğlanın Milas ərazisində baş verib. Yerli vaxtla saat 12:00 radələrində tarixi binada naməlum səbəbdən yanğın baş verib. Əraziyə yanğınsöndürmə və xilasetmə qrupları göndərilib. Bütün müdaxilələrə baxmayaraq bina külə çevrilib. Yanğınla bağlı araşdırmalar davam etdirilir.