Ədliyyə naziri sərxoş halda maşın idarə etdiyi üçün istefa verdi

 Ədliyyə naziri sərxoş halda maşın idarə etdiyi üçün istefa verdi

Yeni Zelandiyanın ədliyyə naziri Kiri Allan avtomobil qəzası keçirib və maşını sərxoş idarə etdiyinə görə saxlanılıb. 
Asayis.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Bildirilib ki, nazir polis tərəfindən saxlanıldıqdan sonra istefa verib. 

Qeyd edək ki, o, ehtiyatsız şəkildə avtomobil idarə etməkdə və polisə müqavimət göstərməkdə ittiham olunur.

Yaxın günlərdə məhkəmə qarşısına çıxacağı gözlənilir.
 

16:39 - 24 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin