Yeni Zelandiyanın ədliyyə naziri Kiri Allan avtomobil qəzası keçirib və maşını sərxoş idarə etdiyinə görə saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, nazir polis tərəfindən saxlanıldıqdan sonra istefa verib.
Qeyd edək ki, o, ehtiyatsız şəkildə avtomobil idarə etməkdə və polisə müqavimət göstərməkdə ittiham olunur.
Yaxın günlərdə məhkəmə qarşısına çıxacağı gözlənilir.