Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.
Asayis.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur.
Xatırladaq ki, Kamran Quliyev bu gün “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.