Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb - YENİLƏNİB

 Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb - YENİLƏNİB

Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapılıb.

Asayis.az  apa-ya istinadən xəbər verir ki, 18 yaşlı Nemət Əhmədovun cəsədi Xəzər dənizinin Zarat kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 23-də FHN-in “112” qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.

 

Siyəzəndə dənizdə 3 nəfər batıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.

"Report"un məlumatına görə, iyulun 23-ü axşam saatlarında dənizdə boğulanlar - Zarat kənd sakinləri 2007-ci il təvəllüdlü Manafov Mehdi Elgün oğlu, 2006-cı il təvəlludlü Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 2006-cı il təvəllüdlü Əhmədov Nemət Əbdül oğlu olublar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

11:10 - 24 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin