Şuşada Beynəlxalq Media Forumu keçirilir.
Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qədim şəhərimizdən video paylaşıb.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumunda ümumilikdə 50 ölkədən 250-dən çox qonağın və 120 media subyektinin iştirakı gözlənilir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.