“BakuBus"ın anbarında YANĞIN - VİDEO

 “BakuBus

Bakı şəhəri, Suraxanı rayonu, Zığ şosesi yaxınlığında ümumi sahəsi 2370 m² olan avtomobil təmiri mərkəzində sahəsi 168 m² olan anbarın yanar konstruksiyaları və içərisində təsərrüfat malları qismən yanıb.

Bu barədə Asayis.az-a FHN-in mətbuat xidmətindən bildirilib. Çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.

Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, oxu.az-ın məlumatına görə, hadisə “BakuBus” MMC-nin anbarında qeydə alınıb.

BAKU.WS

VİDEO

12:50 - 21 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin