Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi "TIR" qəzaya düşüb, magistral yol bağlanıb.
Asayis.az xəbər verir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, xarici vətəndaşın idarə etdiyi 254 AFM 05 Qazaxıstan dövlət qeydiyyat nişanlı "TIR" markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə "TIR"ın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.
Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.