Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsində tikinti işləri yaxın vaxtlarda başa çatacaq.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.
O, brifinqdə konkret tarixlər deməsə də, tikintinin kifayət qədər aktiv olduğunu qeyd edib.
O, Ermənistan tərəfində işlər başa çatdıqdan sonra sərhədin açılıb-açılmayacağı ilə bağlı açıqlama verməyib./APA