Müxalifətçiləri daşıyan təyyarə qəzaya düşdü - Sağ qalan yoxdur

 Müxalifətçiləri daşıyan təyyarə qəzaya düşdü - Sağ qalan yoxdur

Kolumbiyanın müxalif Demokratik Mərkəz partiyasının beş üzvü ötən gün təyyarə qəzasında həlak olub.

Asayis.Az 
xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

"Çərşənbə günü səhər Villavicensio - Quaymaral marşrutu üzrə hava taksisi kimi fəaliyyət göstərən "Cessna T210N" təyyarəsi San Luis de Qaseno şəhəri yaxınlığında qəzaya uğrayıb", - məlumatda bildirilib.

Agentliyin məlumatına görə, təyyarədə beş sərnişin və pilot olub, onların hamısı ölüb.

Kolumbiyanın keçmiş Prezidenti Alvaro Uribe (2002-2010) beş partiya yoldaşının təyyarə qəzasında öldüyünü təsdiqləyib.

10:47 - 20 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin