Xocalıda “Shacman” aşdı - Ölən var

 Xocalıda “Shacman” aşdı - Ölən var

Xocalı rayonunda avtomobil su arxına aşıb, ölən var.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də saat 22 radələrində rayonun Baharlı kəndi ərazisində Füzuli rayon sakini S.Dərgahov idarə etdiyi “Shacman” markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin S.Ağayev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

17:19 - 19 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin