Ticarət mərkəzində qanlı hücum - Yaralı var

 Ticarət mərkəzində qanlı hücum - Yaralı var

Türkiyənin İstanbul şəhərindəki ticarət mərkəzində bıçaqlı şəxs insanlara hücum edib. 
Asayis.Az 
xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata əsasən, 1 nəfər anidən cibindən bıçaq çıxararaq insanlara hücum edib. 

Mühafizəçilər dərhal hücum edən şəxsi zərərsizləşdirməyə çalışıb. 

Çaxnaşma zamanı mühafizəçilərdən biri bıçaq zərbəsi alaraq yaralanıb. 

Hadisə yerinə polis və həkim qrupları gəlib. 

Yaralı xəstəxanaya yerləşdirilib. 

Polisdən verilən açıqlamaya görə, hücum edən şəxs saxlanılıb və araşdırmalar davam etdirilir.

 

17:09 - 19 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin