Hakimi döyən futbolçu intihar etdi

 Hakimi döyən futbolçu intihar etdi

Argentinada oyun vaxtı hakimə hücum etdiyi üçün adam öldürməyə cəhddə ittiham olunan həvəskar futbolçu Uilyams Aleksandr Taponun meyiti tapılıb. 
Asayis.Az AP-yə istinadən xəbər verir ki, həyat yoldaşı onun intihar etdiyini bildirib. 

Qatar stansiyasının yaxınlığında tapılan oyunçu başından güllə yarası aldığı üçün vəfat edib. O, 24 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Uilyams Aleksandr Tapon həvəskar turnirdə hakimi vəhşicəsinə döyüb. Futbolçu idman tədbirində qəsdən adam öldürmədə ittiham edildiyi üçün 10-15 il müddətinə həbs oluna bilərdi. 

14:39 - 19 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin