Fotoqraf toy sahibi ilə dava etdi - 2 ölü, 4 yaralı

 Fotoqraf toy sahibi ilə dava etdi - 2 ölü, 4 yaralı

Türkiyədə toyda fotoqraf və toy sahibi arasında baş verən mübahisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Asayis.Az xəbər verir ki, hadisə Türkiyənin Kocaeli vilayətində baş verib.

Toyun sonunda fotoqraf şəkillərin pulunu istəsə də toy sahibi buna etiraz edib. Nəticədə tərəflər mübahisə etməyə başlayıb.

Ətrafdakıların müdaxiləsi ilə mübahisə sonlandırılsa da sonradan fotoqraf toy sahibinin evinə hücum edərək atəş açmağa başlayıb. 

Hücum nəticəsində 2 nəfər dünyasını dəyişib, aralarında azyaşlının da olduğu 4 nəfər isə ağır yaralanıb. 

Hadisədən sonra qaçan hücumçu fotoqraf polis tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.
 

10:00 - 18 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin