Rusiyanın paytaxtı Moskvada polis əməkdaşları müsəlmanların dini məscidinə zorla basqın ediblər.
Asayis.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Basqın edən polislər məsciddə ibadət edən şəxslərin sənədlərini yoxlayıblar. Polislərin bu cür hərəkətləri dindarların ciddi narazılığına səbəb olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məscidə ayaqqabı ilə daxil olub, öz hərəkətləri ilə məbəddəkilərin ibadətlərinə də maneə törədiblər.
Bu əsnada dindarlarla polis arasında münaqişə yaranıb.