İranda "əxlaq polisi”nin ölkədə hicab qaydalarını tətbiq etmək üçün yenidən fəaliyyətə başlayacaq.
Asayis.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, hicab qaydalarını pozduğuna görə, öldürülən Mahsa Amininin vəfatından 10 ay sonra yenidən qadağalar qəbul edilib.
Eyni zamanda "əxlaq polisi"nin fəaliyyəti bərpa olunmağa başlayıb.
Lakin fəaliyyətin tam bərpası ilə bağlı dəqiq tarix hələki məlum deyil.
Xatırladaq ki, Məhsa Aminin polis tərəfindən öldürülməsi kütləvi milli nümayişlərə səbəb olmuşdu. Bununla da əxlaq polisinin fəaliyyəti dayandırılmışdı.