Xəzər rayonunda 37 yaşlı qadın itkin düşdü

 Xəzər rayonunda 37 yaşlı qadın itkin düşdü

1986-cı il təvəllüdlü Musayeva Pərvanə Qadir qızının itkin düşməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə onun yaxınları tərəfindən müraciət edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Pərvanə Musayeva evdən çıxarkən əynində qara rəngli şalvar, çəhrayı rəngli köynək olub. Boyu 160-sm, saçlarının və gözlərinin rəngi qaradır. Ruhi əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evdən xəbərsiz çıxaraq itkin düşüb.

 

Onu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Xəzər Rayon İdarəsinin 3-cü Polis Şöbəsinin 012-590-72-03, 055-207-08-88, 070-270-70-42 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 Fotoları təqdim edirik

18:33 - 16 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin