Asayis.Az xəbər verir ki, ifaçı istirahətə getdiyi Alaçatıda taksi tapa bilmədiyi üçün sərnişin avtobusuna minib. Pərəstişkarları ilə qarşılaşan Kırmızıgül səyahət boyu sevilən mahnılarını onlar üçün səsləndirib.
Ölkəni dərindən sarsıdan zəlzələ fəlakətlərindən sonra etdiyi yardımlarla gündəmə gələn Kırmızıgülün bu səmimi davranışı hər kəsi təəccübləndirib.
Türkiyəli müğənni baş verən hadisədən sonra çəkilən kadrları sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımına "Budur xalq konserti, möhtəşəm idi" -, deyə şərh verib.