"Ukraynanın F-16 alması fəlakətli nəticələrə səbəb ola bilər" - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Ukraynaya F-16 döyüş təyyarələri verməsinin nüvə təhlükəsi kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.
Asayis.Az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya göndəriləcək F-16 döyüş təyyarələri ilə bağlı NATO-ya xəbərdarlıq edib.
"Biz Ukrayna silahlı qüvvələrinin bu cür sistemlərə sahib olmasını nüvə sahəsində Qərb üçün təhlükə kimi qiymətləndirəcəyik", - deyə Lavrov bildirib.
Kremlin bu mövzuda ABŞ, İngiltərə və Fransaya xəbərdarlıq etdiyini bildirən rusiyalı nazir deyib:
“ABŞ və NATO müttəfiqləri Rusiya ilə birbaşa silahlı münaqişə riski yaradır və bunun fəlakətli nəticələri ola bilər”.