Prezident Blinkenə BQXK və erməni təxribatlarından DANIŞDI

 Prezident Blinkenə BQXK və erməni təxribatlarından DANIŞDI

Azərbaycan Prezidenti Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkeni Laçın buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.

Asayis.Az xəbər verir ki, dövlətimizin başçısı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.
 

12:59 - 13 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin