Tailandda itkin düşmüş alman iş adamı Hans-Piter Makın cəsədi soyuducuda tapılıb.
Asayis.Az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, 62 yaşlı alman iş adamının cəsədi ölkənin cənubundakı evdə, soyuducuda tapılıb.
Polis iş adamının qətli ilə bağlı iki Almaniya vətəndaşının saxlanıldığını açıqlayıb.
Eyni zamanda, iş adamının bank hesabından külli miqdarda pulun çıxarıldığını və bunun qətllə əlaqəli olduğundan şübhələndiyini bildirib.
Xatırladaq ki, alman iş adamı bir həftə idi itkin düşmüşdü.