"Qərbi Zəngəzur qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır" - Yaqub Mahmudov

"Mən millət vəkili olarkən Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ ilə bağlı məsələnin Milli Məclisin gündəliyinə daxil edilməsinin zəruri olduğunu dəfələrlə parlamentdə səsləndirmişəm, amma təəssüf ki, bu məsələ öz həllini tapmadı".

Asayis.Az 
xəbər verir ki, bunu “Bakinski raboçi” qəzetinə müsahibəsində AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov deyib.

Yaqub Mahmudov bildirib: "Fikrimcə, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Milli Məclisdə Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır.

Digər tərəfdən, Batum müqaviləsinə əsasən ermənilərə verilmiş 9 min kv. km-dən əlavə ermənilərin işğal etdiyi bütün torpaqlar, o cümlədən Qərbi Zəngəzur qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Bütün bu məsələlərə Milli Məclisdə hüquqi-siyasi qiymət verilməlidir".

Sözügedən müsahibənin linki: https://br.az/politics/64436/povorotnaya-veha/

16:49 - 12 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin