“Tezliklə Qarabağdakı bütün erməni separatçılarının kökünü kəsəcəyik”

 “Tezliklə Qarabağdakı bütün erməni separatçılarının kökünü kəsəcəyik”

“Aprel döyüşlərinin, Tovuz döyüşlərinin, 44 günlük müharibənin canlı şahidlərindənəm. Müharibənin nə demək olduğunu yaxşı bilirəm.Torpaqlarımızı azad etmişik. İnanıram ki, tezliklə Qarabağda qanunsuz fəaliyyət göstərən bütün erməni separatçılarının kökünü  kəsəcəyik”.

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında Tovuz döyüşlərinin tarixi əhəmiyyəti barədə danışan hərbi ekspert Telman Qasımov deyib. 

O, 2020-ci ilin iyul hadisələrini Ermənistanın Azərbaycana qarşı aqressiyası kimi dəyərləndirib: 

“O vaxta qədər 2016-ci ildə aprel döyüşləri baş vermişdi. Həmin vaxt da düşmən layiq olduğu cavabı aldı. Aprel döyüşlərindən dərs almayan Ermənistan 2020-ci ilin iyul döyüşlərində bir daha hərbi gücümüzü gördü. Əməliyyatlar Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyi ətrafında gedirdi. Bu, Azərbaycan ordusu üçün böyük döyüş təcrübəsi idi.  Qaraqayada ermənilərlə üzbəüz Azərbaycan postları yerləşir. Bu döyüşlərdə ordumuz bir neçə vacib strateji mövqeni ələ keçirdi. Bu gün də həmin istiqamətdə olan düşmən postlarını nəzarətdə saxlayır. 
Şəhidlərimiz oldu. General-mayor Polad Həşimovun şəhidlik zirvəsinə ucalması Azərbaycan xalqı üçün qürur mənbəyinə, igid oğullarımız üçün cəsarət simvoluna çevrildi. Bundan sonra sanki bütün Azərbaycan xalqı, ordusu qisas əməliyyatına başladı. Qısa müddət sonra başlayan 44 günlük müharibədə işğal altında qalan torpaqlarımızı azad etdik”.

T.Qasımov qeyd edib ki, həm aprel döyüşləri, həm Tovuz hadisələri, həm də 44 günlük müharibə Azərbaycan Ordusunun döyüş təcrübəsini, hərbi gücünü artırdı:

“Azərbaycan əsgəri həm dağda, həm aranda, həm də meşədə qarşıqlıqlı əlaqəli döyüş aparmaq bacarıqlarını artırdı, yeni təcrübələrə yiyələndi.  Hər döyüşdə bu baş vermir. Çoxlu top, tüfəng ola bilər, şəxsi heyətin də sayı çox ola bilər. Amma qarşılıqlı, koordinasiyalı döyüş getmirsə, burada qələbə şansı az olur. Məhz qoşunların bir-birilə qarşılıqlı əlaqələrinin nəticəsi idi ki, ordumuz müvəffəqiyyət qazandı”. 
 

Demokrat.az

13:44 - 12 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin