Prezidentin sərt tənqid etdiyi nazir kimdir? - DOSYE /VİDEO

 Prezidentin sərt tənqid etdiyi nazir kimdir? - DOSYE /VİDEO
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə danışarkən Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi Gədəbəydə baş verən hadisələrə görə sərt tənqid edib.
 
Prezident həmçinin Gədəbəy rayonunda baş vermiş hadisəni tamamilə qəbuledilməz adlandırıb: "Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”

Referans.az Ekologiya Və Təbii Sərvətlər Naziri Muxtar Babayevin dosyesini təqdim edir:

Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib.

1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.

2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.

İlk iş fəaliyyətinə 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışmaqla başlayıb.

1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı seçilib. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilib. 

Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı olub.

2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.

Azərbaycan Alpinizm Federasiyasının prezidentidir. (azxeber.com)
 

 

13:00 - 12 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin