Ərdoğan deputatlardan az maaş alır - RƏSMİ

 Ərdoğan deputatlardan az maaş alır - RƏSMİ

 

Türkiyənin vitse-prezident Cevdet Yılmaz dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maaşının millət vəkilinin maaşından az olduğunu açıqlayıb.
Asayis.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verr.

Müxalifət partiyalarının millət vəkillərinin Prezident Rəcəb Tayyib Ərdoğanın maaşı ilə bağlı bəzi açıqlamalar verdiyini vurğulayan Yılmaz bu mövzuda polemikanın olmasından təəssüflənib: “Kaş, bu məsələləri polemikaya çevirməyək. Prezidentimizin maaşı ilə bağlı bəzi açıqlamalar oldu. Baxın, bunu çox açıq və qəti deyim; - hazırda Prezidentimizin maaşı deputatın maaşından aşağıdır. Nazir müavinlərinin maaşından aşağıdır. Niyə belədir? Çünki o, şəxsi üstünlükləri ilə bir müddət maaş artımına imkan vermədi”.

10:11 - 12 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin