“Kurtlar vadisi” serialının ssenaristi Bahadır Özdener, Raci Şaşmaz və serialın məsləhətçisi Soner Yalçın bir araya gəlib.
Asayis.Az Metbuat-a istinadla xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sina Koloğlu açıqlama verib.
O bildirib ki, tərəflər mafiya hadisələrindən bəhs edən yeni serial çəkmək istəyirlər.
Müzakirələri davam edən serialın sujet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq. Jurnalist son dövrlər İstanbulda bir neçə mafiya liderinin öldürülməsini misal gətirib.
Türkiyəli jurnalistin sözlərinə görə, İstanbulda öldürülən serb mafiya lideri Vukotiç, azərbaycanlı mafiya lideri Elnur Qasımov və digər mafiya liderləri ilə bağlı hadisələr çəkilməsi nəzərdə tutulan serialın sujet xətti olacaq.