Cavanşir Məmmədov və “kürəkəni” arasında qalmaqal bitmir - Mustafa nələri açıqladı? - VİDEO

 Cavanşir Məmmədov və “kürəkəni” arasında qalmaqal bitmir - Mustafa nələri açıqladı? - VİDEO
Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal səngimək bilmir.  

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” ictimai-sosial verilişinin bugünkü buraxılışında tərəflər arasında kimin haqlı və kimin haqsız olduğunu üzə çıxartmaq üçün Mustafa “Yalan dedektoru”na əyləşib. 

Mustafa daha sorna aparıcının ünvanladığı sualları cavablayıb.

Həmin sualları cavabları ilə birgə təqdim edirik:

Aparıcı: “İstintaq dönəmindən əvvəl Cavanşir Məmmədova pul vermisən?”.

Mustafa: “Cavanşir məndən istintaq dövründə 10 min dollar alıb. Amma ondan əvvəl xeyr. Bundan əvvəl qızı ilə münasibətdə olduğum dönəmdə də Cavanşirə pul verməmişəm”. 

Aparıcı: “Cavanşir Məmmədovdan pul almısan?”

Mustafa: “Xeyr, almamışam”.

Aparıcı: “Cavanşir Məmmədovun ailə üzvlərindən, yəni qızı və anasından pul almısan?”

Mustafa: “Bank hesabıma pul yatırdılar, aldım. Mən onlardan əlbəəl pul almamışam. Hesabıma yatırıblar pulu. Mən Cavanşirin “Nizami” metrostansiyası yaxınlığında olan evində üç il yarım qalmışam”.

Aparıcı: “Cavanşir Məmmədovun qızı Xatirənin sənə borcu var?”

Mustafa: “Xatirənin mənə borcu var”.

Aparıcı: “Xatirə Məmmədova ilə “Facebook”da tanış olmusan?”

Mustafa: “Bəli, Xatirə ilə mən “Facebook”da tanış olmuşam”.

Aparıcı: “Deyirlər ki, Mustafanın məqsədi Cavanşirin qızı ilə evlənib varlanmaq olub?”

Mustafa: “Xeyr, heç zaman! Mən onsuz da varlı idim. Atamın torpaqları var.  Antepdə yaşayanlardan soruşsunlar”.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. 

O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. 

M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1 000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.

 

10:00 - 11 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin