Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayaraq Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşının saxlanıldığını bildirib.
Asayis.Az xəbər verir ki, DTX-nin açıqlamasında saxlanılan şəxsin terror aktını üçüncü dövlətin ölkəmizdəki səfirliyinə qarşı həyata keçirmək istədiyi qeyd olunub.
Lakin, rəsmi açıqlamada həmin ölkənin adı yer almır.
Məlumat üçün qeyd edək ki, paylaşılan video materialdan belə başa düşülür ki, barəsində bəhs olunan üçüncü ölkə İsrail səfirliyi ola bilər.
Videoda terror aktını törətməyi planlaşdırdığı deyilən şəxsin çəkdiyi sxemdən də bunu açıq şəkildə görmək mümkündür.
Əl ilə çəkilən sxemdə 4 obyekt yer alır. Həmin obyektlərdən yalnız biri - qarşısına "İ" hərfi yazılan obyekt xüsusi olaraq işarələnib. "Google Maps" üzərindən baxıldığı zaman məlum olur ki, işarələnən yerin İsrail səfirliyi olma ehtimalı olduqca yüksəkdir.
Eyni zamanda paylaşılan video materialdan belə görünür ki, lentə alınan kadrlar da bu ölkənin səfirliyinin qarşısında çəkilib.
Demokrat.az