“Bayden müharibəni beş dəqiqəyə də bitirə bilərdi” - ZELENSKİ
ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibəni beş dəqiqəyə bitirə bilərdi.
Asayis.Az bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski ABC News-a müsahibəsində deyib.
“Əgər biz münaqişəni Ukraynanın maraqları bahasına bitirməkdən, başqa sözlə, bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, düşünürəm ki, bu yolla Bayden hətta beş dəqiqəyə də müharibəni bitirə bilərdi”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev bununla heç vaxt razılaşmayacaqdı.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir gün ərzində Ukrayna münaqişəsinə son qoya biləcəyini bildirmişdi.