Erməni separatçılarının Qarabağda silahlanmasına dair faktlar BMT-yə təqdim edildi

 Erməni separatçılarının Qarabağda silahlanmasına dair faktlar BMT-yə təqdim edildi

"BMT İnsan hüquqları Şurasının bügünkü sessiyasında iştirak demək olar ki, uğurlu başladı. Sessiya çərçivəsində BMT-nin Meksika daimi nümayəndəliyinin "İnsan Hüquqları və Silah Sektoru" mövzusunda təşkil etdiyi paralel tədbirdə (Side Event) çıxış etmək imkanını qazandım. Çıxışım zamanı mövzuya uyğun olaraq "Post-müharibə dövründə silahların qanunsuz daşınması" istiqamətində öz fikrimi bildirərək, qanunsuz erməni silahlı qruplarının Ermənistandan Azərbaycanın Qarabağ ərazisinə Rusiya hərbi kontingentinin bilavasitə iştirakı ilə qeyri-qanuni yollarla silah daşınması əməliyyatlarının həyata keçirildiyini və bunu sübut edən videokadrların olduğu barədə məlumat verdim".  

Bu fikirləri hazırda Cenevrədə səfərdə olan Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli Demokrat.az-a açıqlamasında bildirib. 

Ramil İsgəndərli


Ramil İsgəndərli beynəlxalq tədbirdə çıxışı zamanı Laçın yolu ilə Ermənistanda müharibədən sonra istehsal olunmuş minaların qeyri-qanuni Azərbaycan ərazisinə daşınması barədə də məlumat verdiyini deyib:

"Çıxışımda qeyd etdim ki, sülh müqaviləsinin olmadığı və sərhədlərin demarkasiya və delimitasiya olunmadığı şəraitdə bü cür qeyri qanuni daşınmaların qarşısını yalnız qanuni sərhəd yoxlama məntəqələri ala bilər".

16:44 - 10 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin