Ukrayna ilə müharibədə 233 min rus əsgəri həlak olub

 Ukrayna ilə müharibədə 233 min rus əsgəri həlak olub

Ukrayna tərəfi Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri 233 mindən çox rus əsgərinin öldürüldüyünü iddia edib.

Asayis.Az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığı bildirib. Komandanlıq müharibənin 500-cü günündə qeyd edib:

“Bu, çətin 500 gündür, lakin azadlığımız və birliyimiz üçün əbədi mübarizəmizin simvoludur. Müharibə başlayandan bəri qarşı tərəfin 233 mindən çox şəxsi öldürülüb, qarşı tərəfə aid 4000-dən çox tank, 8000-ə yaxın zirehli texnika, 4346 artilleriya sistemi, 315 təyyarə və 309 helikopter, 410 hava hücumundan müdafiə sistemi və 3000 hava hücumundan müdafiə sistemi, 666 pilotsuz uçuş aparatı, 1271 qanadlı raket, 6 min 914 texnika, 619 xüsusi texnika və 18 gəmi məhv edilib”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ordusunda əsgər itkisi ilə bağlı yaydığı məlumatları təsdiqləməyib.

11:17 - 9 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin