Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Asayis.Az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:
fövqəladə və səlahiyyətli səfir
Bayramov Ceyhun Əziz oğlu
Məmmədov Elnur İsrafil oğlu
Rzayev Fariz Fikrət oğlu
birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Musayev Tofiq Fuad oğlu
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Səfərov Emil Firdovsi oğlu
Şərifov Samir Ənvər oğlu.