“Ağ Evdə tapılan kokain Baydenindir…” - Trampdan AÇIQLAMA
“Ağ Evdə tapılan kokain yalnız ABŞ prezidenti Co Baydenə və ya onun oğlu Hanterə aid ola bilərdi”.
Asayis.Az xəbər verir ki, bu barədə öz sosial şəbəkədəki səhifəsində Amerikanın keçmiş lideri Donald Tramp yazıb.
“Həqiqətən inanırsınızmı Oval Kabinetə yaxın ərazidə tapılan kokain Hanter və Co Baydendən başqa digər kimsnin istifadə üçün nəzərdə tutulub?”.
Eks-prezidentin sözlərinə görə, onun “saxta xəbər mediası” adlandırdığı Amerika mediası tezliklə yazacaq ki, bu toz ümumiyyətlə dərman deyil, aspirindir.
İyulun 4-də Ağ Evdə şübhəli maddənin tapıldığı bildirilmişdi. İlkin analizlər tozun kokain ola biləcəyini təsdiqləyib.
Daha sonra CBS News telekanalı hüquq-mühafizə orqanlarındakı anonim məlumatlı mənbəyə istinadən bildirir ki, ekspertiza nəticəsində ABŞ prezidentinin iqamətgahında toz halında kokain olması müəyyən edilib.