"Klon"un aktyoru plastik əməliyyat etdirdi - Bu hala qaldı

"Klon" teleserialında "Əli" obrazını canlandıran aktyor Stenio Qarsiya xəstəxanaya yerləşdirilib.
Asayis.Az xəbər verir ki, buna səbəb plastik əməliyyat keçirən 91 yaşlı aktyorun qanında infeksiyasının yaranması olub. Ayaqlarında və ombasında şiddətli ağrılar hiss edən Qarsiyaya sepsis (müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik) diaqnozu qoyulub.

Müalicələri davam edən aktyor sosial media hesabında paylaşım edərək özünü yaxşı hiss etdiyini deyib.//Axşam.az

11:36 - 6 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin