Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, replərində narkotik maddələri təbliğ edən Asiya xarici əsilli olduğu üçün və işlədiyi günaha görə ittiham olunduğundan ölkəsinə göndəriləcəkdi.
O, hər gün Miqrasiya Xidmətinə gedərək imza atmalı imiş. Lakin Asiya buna əməl etməyib.
Polis əməkdaşları repçinin Ataşehirdəki evinə gedərək onu nəzarətə götürüblər. Əməliyyat görüntüləri Türkiyə mətbuatında yayılıb. İfadəsi alındıqdan sonra Əlizadənin yenidən əyalət Miqrasiya Xidmətinə veriləcəyi bildirilib.
Qeyd edək ki, Asya Əlizadə mayda da həbs olunub, daha sonra azadlığa buraxılmışdı. O, replərində narkotik maddələri təbliğ etdiyi üçün saxlanılmışdı.