Dünən günorta saatlarında Bakıda yolun ortasına uzanıb başını asfalta çırpan şəxsin görüntüləri müzakirələrə səbəb olub.
Asayis.Az xəbər verir ki, "Koroğlu" nəqliyyat qovşağı - Dərnəgül yolu istiqamətində lentə alınan görüntülərdə naməlum şəxs yolun hərəkət hissəsinə uzanaraq qeyri-adekvat hərəkətlər edib. Onun hərəkətlərini videoya çəkən şəxslər görüntüləri sosial şəbəkələrdə yayıblar.
Bir çox izləyicilər həmin şəxsin narkoman və ya spirtli içki aludəçisi ola biləcəyini iddia ediblər.
Həmçinin bildirilib ki, vətəndaşın yolun ortasında uzanması nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.
"Qafqazinfo"