Avropa İttifaqı ali nümayəndəsinin Çinə səfəri ləğv olundu

 Avropa İttifaqı ali nümayəndəsinin Çinə səfəri ləğv olundu

Çinin dövlət administrasiyası Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin paytaxt Pekinə planlaşdırılan səfərini ləğv edib.
Asayis.Az 
xəbər verir ki, Borrel iyulun 10-da Çinin xarici işlər naziri Qin Gang və digər rəsmilərlə görüşmək üçün Çinə getməyə hazırlaşırdı.

Lakin, Çin onlara Borrelin səfərinin iyulun 10-da mümkün olmayacağını və digər alternativlərə baxılacağını bildirib. 

Məlumata əsasən, görüşdə avropalı və çinli diplomatlar ticarət, insan haqları və Çinin Ukraynadakı müharibə ilə bağlı mövqeyi kimi məsələləri müzakirə edəcəkdilər.

Qeyd edək ki, Çin hakimiyyəti Cozep Borrelin Pekinə səfərinin ləğv edilməsinin səbəbini açıqlamayıb.

 

16:49 - 5 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin