"Sülhün alternativi yoxdur" - Paşinyan

"Əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir".
Asayis.Az 
“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Konstitusiya Günü ilə bağlı müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.

O, ölkənin təhlükəsizlik sahəsində ciddi problemlərinin olduğunu qeyd edib.

10:44 - 5 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin