Bir neçə gündür çimərliklərin birində qarğıdalı satan şəxsin görüntüləri sosial media seqmentində maraq oyadıb. Həmin şəxsin satış etmək məqsədi ilə işlətdiyi "Xoşqədəmin (red. - aparıcı Xoşqədəm Hidayətqızı) axtarıb tapa bilmədiyi qarğıdalı" sözləri diqqət çəkib.
Asayis.Azaxşam.az-a istinadən bildirir ki, aparıcı Xoşqədəm Hidayətqızı özü də həmin görüntüləri paylaşaraq satıcının sözlərinə reaksiya verib.
"Xoşqədəmin axtarıb tapa bilmədiyi yoxdur, ay qardaş" deyə, bildirən aparıcı videoya gülüş emojisi qoyub.