Teylor Svift bu səbəbdən 32 dəfə cərimələnib

 Teylor Svift bu səbəbdən 32 dəfə cərimələnib

Müğənni Teylor Svift Nyu-Yorkda evinin yaxınlığındakı zibilə görə cərimələnib.

Asayis.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "New York Post" yayıb.

Qeyd olunur ki, üçmərtəbəli evi 2017-ci ildən aldıqdan sonra 34 yaşlı müğənni ötən dövr ərzində sanitar xidmət tərəfindən 32 dəfə 3 min dollar məbləğində cərimələnib.

Svift evinin qarşısındakı səkilərin təmizliyinə riayət etməməsi və zibili düzgün atmaması səbəbindən cərimələnib. Müğənni 200 dollar məbləğində növbəti cərimədən isə yayına bilib.

2018-ci ilin yanvarından 2023-cü ilin yanvarınadək sanitar xidmət ulduzun evi yaxınlığında qəzet qalaqları, butulkalar, karton qalıqları, salfetlər, siqaret qutuları aşkarlayıb.

17:27 - 2 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin