Şuşa rayonunda Azərbaycan Polisinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə rayon ərazisindəki Şəhidlər abidəsini ziyarət ediblər, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra polis şöbəsində davam etdirilən tədbirdə danışan çıxışçılar Azərbaycan Polisinin 105 illik fəaliyyəti haqqında ətraflı məlumat veriblər, daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndiriblər.
Sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunub saxlanılmasında polis əməkdaşlarının müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara, eləcə də polis veteranlarına hədiyyə və mükafatlar təqdim olunub.