Qarabağda yaşayan mülki ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

 Qarabağda yaşayan mülki ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə maneəsiz şəkildə keçiblər.

Asayis.az xəbər verir ki, Report-un əldə etdiyi videogörüntülərdə erməni əsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçid etmələri əksini tapıb.

Belə ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən hər iki istiqamətdə rahat keçidi üçün hər bir şərait yaradılıb.

Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır.

Görüntüləri təqdim edirik:

 

VİDEO

12:30 - 1 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin