Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə maneəsiz şəkildə keçiblər.
Asayis.az xəbər verir ki, Report-un əldə etdiyi videogörüntülərdə erməni əsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçid etmələri əksini tapıb.
Belə ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən hər iki istiqamətdə rahat keçidi üçün hər bir şərait yaradılıb.
Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır.
Görüntüləri təqdim edirik:
VİDEO