Naftalanda Polis Günü qeyd olundu - FOTO

 Naftalanda Polis Günü qeyd olundu - FOTO

Naftalanda Polis Günü qeyd olundu - FOTO

Naftalanda Polis Günü qeyd olunub. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər Polis şöbəsinin rəisi polis polkovniki Zaur Bədəlov, polis əməkdaşları, veteran polislər iştirak edib.

 

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsi ehtiramla anılıb.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

 

Giriş sözü ilə tədbiri açaraq Polis şöbəsinin rəisi polis polkovniki Zaur Bədəlov tədbir iştirakçılarını 2 İyul-Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, respublikamızda sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında, Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

 

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salaraq qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmin-amanlığın yüksək səviyyədə qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolunun danılmaz olduğunu vurğulayıb.

Sonra Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.

 

Xidmətdə fərqlənən şəhər Polis şöbəsinin bir qrup əməkdaşı ŞİH tərəfindən  Fəxri Fərmanlarla təltif olunublar, həmçinin ŞİH tərəfindən Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin şəkli həkk olunmuş xatirə hədiyyəsi təqdim edilib.

09:00 - 1 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin