“Tələbəlik illərimdə eskiz dəftərlərim var idi. Metroya minəndə oturub qarşımdakı adamın rəsmini çəkirdim. Hətta məni döymək də istəmişdilər ki, niyə məni çəkirsən. Sonra metro məsələsini yığışdırdım, avtobusa keçdim. Ayaq üstə qaldım deyə avtobusda bu işi görə bilmədim...”
Asayis.Az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev Xəzər TV-də yayımlanan "Səhər mərkəzi" verilişində deyib.
"Mağazaların şüşələrini bəzəyirdim. Ən yaralı yerimdir. Bu, daha çox yadımda qalıb, çünki həmin işdən yaxşı pul qazanırdım. O vaxtlar indiki kimi böyük vitrinlər yox idi. Amma mağazalar var idi. İlin axırı hər vitrinin qabağından etudniklə keçəndə soruşurdular ki, rəssamsınız? Deyirdim ki, hə, bilirsiniz nə "əjdahayam"? Axı müştəridir... 50-100 rubl pul verirdilər. İndi artıq tanınmışam, rəsm əsərlərimi rəssamlara göstərsəm, deyərlər ki, sənə ayıb olsun, oxusan, yaxşıdır...", - o deyib.