Ceyhun Bayramov Antoni Blinkenə təşəkkür etdi - FOTO

 Ceyhun Bayramov Antoni Blinkenə təşəkkür etdi - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Ceyhun Bayramov bu barədə öz “Facebook” səhifəsində paylaşım edib.

“Mən ABŞ tərəfinə və dövlət katibi Antoni Blinkenə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsinə görə minnətdarlığımı bildirirəm.

Bizim dövlət katibi ilə həmçinin ikitərəfli və üçtərəfli görüşlərimiz oldu”, - deyə Ceyhun Bayramov paylaşımda qeyd edib.

10:00 - 30 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin