Paşinyan Ərdoğana zəng etdi

 Paşinyan Ərdoğana zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Asayis.Az-ın məlumatına görə, N.Paşinyan R.T.Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

R.T.Ərdoğan Türkiyə ilə Ermənistan arasında tam normallaşma məqsədi ilə başlanan prosesdə indiyə qədər etimadı artıran addımların atıldığını və bu prosesin qarşıdakı dövrdə də davam etməsinin lazım olduğunu bildirib.

17:00 - 28 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin