“Teatra gedəndə biabır oluram”

 “Teatra gedəndə biabır oluram”

Aparıcı Elgiz Əkbər yuxu ilə bağlı problemindən söz açıb.

 

Asayis.az bizim.media-ya istinadla xəbər verir ki, bununla bağlı televiziya ulduzu aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.

 

Elgiz bildirib ki, qaranlıq məkanlarda yuxuya getdiyi üçün uzun zamandır ki, teatrlara getmir:

 

"Teatra gedəndə biabır oluram. Teatra gedəndə işıqlar sönən kimi məni yuxu tutur. Bir də tamaşaçılar alqışlayanda yuxudan oyanıram. Bu, özümdən aslı deyil. Məni videoya çəkib deyirlər ki, Elgiz teatra gəlib, "xor-xor" yatır, utanmır. Tək mən belə deyiləm. Öyrəndim ki, bir çox insanlar belə hal ilə üzləşir".

12:30 - 27 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin