Ağ cırtdan Günəş sisteminə yaxınlaşır? - Yeni araşdırma

 Ağ cırtdan Günəş sisteminə yaxınlaşır? - Yeni araşdırma

Şimali İrlandiyadakı Arma Rəsədxanası Planetariumunun astronomları bu yaxınlarda Ağ cırtdanın (ulduz) Günəş sisteminə doğru getməsi ilə bağlı iddianı təkzib ediblər.

Asayis.az“oxu.az”a istinadən xəbər verir ki, ağ cırtdan WD 0810-353 ilk dəfə 2018-ci ildə gözə görünmüşdü. Daha sonra Rusiya alimləri onun saniyədə təqribən 373,7 kilometr sürətlə hərəkət etdiyini, yəni cismin təxminən 29 min ildən sonra Oort buludundan keçəcəyini və Günəşdən 0,49 işıq ili məsafəsində olacağını aşkar etmişdilər.

Yeni araşdırmada isə alimlər bunu təkzib ediblər. Onlar bildiriblər ki, Ağ cırtdanın yüksək sürəti əslində güclü maqnit sahəsinin olması səbəbindən yaranan illüziyadır. WD 0810-353 emissiya spektrində hidrogenin alfa xəttini öyrənərkən məlum olub ki, xətt cırtdanın anomal güclü maqnit sahəsinin yaratdığı spektrin mavi hissəsinə keçir.

09:00 - 27 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin